Yaxın günlərdə Bakıda güclü zəlzələ olacaq?

Əziz dostlar, son 2 gündür ki, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə “Yaxın günlərdə Bakıda güclü zəlzələ olacaq” başlığı ilə yalan xəbər tirajlanır və iddia edilir ki, bu proqnozu amerikalı Rubin Burrell adlı geoloq verib.

İNFONEWS” xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli öz sosial şəbəkə hesabından edib.
Paylaşımı olduğu kimi təqdim edirik.
“Xəbər”də deyilir: Yaxın günlərdə Bakının mərkəzində güclü zəlzələ baş verəcək. “Geoloji xəritələr və bu gün Türkiyədə baş verən zəlzələ ilə eyni vaxtda yer plitələrinin hərəkətinin tədqiqi göstərir ki, 6.9 bal gücündə zəlzələ yarada bilən Bakı yarması aktivləşib”.
Əslində isə aydın məsələdir ki, bu növbəti feyk nyusdur. Çünki harada və nə zaman zəlzələnin olacağını heç bir geoloq dəqiqliklə deyə bilməz. Ən qəribəsi isə odur ki, Ruben Burrel adlı geoloq ümumiyyətlə yoxdur, onun açıqlama verdiyi iddia edilən sayt da mövcud deyil. Hətta “Bakı yarması” adlı bir geoloji anlayış da yoxdur.
Aydın məsələdir ki, bu feyk xəbəri yayanlar cəmiyyətdə çaşqınlıq və qorxu yaratmaq istəyirlər. Bu yalanı yayanlar onsuzda qardaş Türkiyədəki zəlzələdən sarsılan insanlarımızda psixoloji travma və cəmiyyətdə çaşqınlıq yaratmaq niyyəti güdürlər.
Çox təəssüf ki, bəzi həmvətənlərimiz də bu yalan xəbəri ciddiyə alır və panika, təşviş keçirir.

Məhz buna görə də həssas məqamlarda yalnız rəsmi mənbələrə və güvənilən media subyektlərinə inanmaq lazımdır ki, belə saxta xəbərlər geniş yayılmasın.

Sosial şəbəkə istifadəçiləri bu kimi paylaşımlara inanmamalı, təxribat məqsədilə yaradılan sosial şəbəkə hesablarından uzaq durmağa çalışmalıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir