2 böyük zəlzələnin 4-cü günü! 10 əyalətdə son vəziyyət: Ölən və yaralananların sayı artır
“İNFONEWS” xarici mediaya istinadən xəbər verir ki, Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub. Hər keçən saat can itkisi artdıqca axtarış-xilasetmə işləri də aramsız olaraq davam edir.
Bazar ertəsi, fevralın 6-da Türkiyəni 9 saat fərqlə baş verən iki zəlzələ silkələyib… Saat 04:17-də baş verən zəlzələnin maqnitudası ilk olaraq 7,4 olaraq açıqlanıb. Bununla belə , AFAD növbəti saatlarda bir yeniləmə etdi və zəlzələnin maqnitudasının 7,7 olduğunu açıqladı. Bu 7,7 bal gücündə zəlzələdən sonra saat 13.24-də növbəti zəlzələ baş verib. Episentri Kahramanmaraşın Elbistan rayonunda olan zəlzələnin gücü 7,6 bal olub. Zəlzələ; Kilis, Diyarbəkir, Adana , Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub . Hər keçən saat can itkisi artdıqca axtarış-xilasetmə işləri də aramsız olaraq davam edir.