12 yaşlı Yavuzun möcüzəvi qurtuluşu! 92-ci saatda qəzadan çıxarıldı .
“İNFONEWS” xarici mediaya istinadən xəbər verir ki, Kahramanmaraşın mərkəzində baş vermiş iki böyük zəlzələnin böyük dağıntılara səbəb olduğu Hatayda dağıntılar altında qalan 12 yaşlı Yavuz Aslantürk qrupların gərgin səyi nəticəsində 92 saat sonra dağıntılar altından diri-diri çıxarılıb.
Zəlzələdən sonra Hatayda axtarış-xilasetmə işlərinə qatılan Ərzurum AFAD qrupu, 12 yaşlı Yavuz Aslantürkü bu gün 600 evlər məhəlləsində dağıntılar altından diri-diri çıxardıb. Bölgədəki vətəndaşlar da alqışlarla AFAD qruplarına dəstək oldular.