Hacı Rahib Babayev AFAD-a 2000 AZN ianə edib
Bibiheybət Ziyarətgahının İmamı Hacı Mir Rahib Babayev Afet ve Acil Durum Yönetimi Başkanlığına (AFAD) 2000 AZN ianə edib.
“İNFONEWS” xəbər verir ki, o bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
Qardaş Türkiyədə baş verən təbii fəlakətlə bağlı Türkiyə xalqına başsağlı verir, həlak olanların yaxınlarına səbir diləyirəm. Həmişə pis və yaxşı günündə Azərbaycan xalqı Türk xalqının yanında olub. Maddi və mənəvi dəstəyini heç vaxt əsirgəməyib. Təbii fəlakət zamanı uçqunlar altında qalan körpələr, övlad deyərək qışqıran analar, ana-ata səsləyən uşaqlara baxanda ürəyimizin hər bir hissəsi sızlayırdı. Məndə özümə bir vətəndaş kimi borc bildim ki, bu dar günündə Türk qardaşlarımızın yanında olum. Türkiyədə zərərçəkənlərə maddi dəstək üçün yaradılmış ianə fonduna, yetim qalan körpələr üçün 2000AZN ianə etdim. Təbii fəlakət baş verən gündən bu günə kimi məscidimizdə həlak olanların ruhlarına Quran ayələri oxunur, qardaş Türkiyə xalqı üçün dualar edirik. Bir millət, iki qardaş olaraq daima Türk xalqının yanındayıq. Bir daha Bibiheybət məscidi kollektivi adından təbii fəlakətdə həlak olan vətəndaşların yaxınlarına yenidən başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasasını Allahdan diləyirik.
Biz də “İNFONEWS” komandası adından atdığı bu humanist addımına görə, hər zaman xüsusi xidmətlərinə görə seçilmiş Hacı Rahib Babayevə təşəkkür edir, belə əvəzsiz xidmətlərində uğurlar arzulayırıq.