Küçədə cərimə yazılan şəxsi ələ saldı, həbs edildi

Küçədə tanımadığı şəxsə və polisə yaxınlaşaraq içkili halda zarafatlar edən şəxs həbs edilib.

İNFONEWS”un məlumatına görə, hadisə Nizami rayonunda Q.Qarayev prospektində baş verib. Kafedə dostu ilə yeyib-içən İsmayıllı sakini Elnur Fərəcov (şərti) oradan çıxdıqdan sonra bir maşının yol polisi tərəfindən saxlanıldığını və sürücüyə protokol yazıldığını görüb.

İttihama əsasən, bu zaman o, sürücüyə yaxınlaşıb onunla söhbət edib, zarafatlaşaraq ələ salmağa başlayıb. E.Fərəcovun aidiyyəti olmadığı halda onlara yaxınlaşaraq maneə törətməsinə görə polis əməkdaşı ona irad tutub. Polisin xidməti fəaliyyətini pozduğunu bildirib. Bu zaman Elnur polis əməkdaşı ilə mübahisə edərək əl-qol atıb.

Bu hərəkətlərindən dolayı E.Fərəcov Nizami rayon 25-ci polis şöbəsinə aparılıb. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni əmrinə tabe olmama) ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir