Qənirə Paşayeva Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb.
Ötən gün Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə bir qrup sahibkar və ziyalılarla bərabər Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb.
Bu barədə “İNFONEWS“-a Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-dən məlumat verilib.
Söhbət zamanı fevralın 6-da qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə bağlı səfirə başsağlığı verilib, yaralılara şəfa diləyiblər. Eyni zamanda səfirliyin önünə gül dəstələri düzülüb, zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi yad edilib, ruhuna dualar oxunub.
Başın sağolsun, Türkiyə! ????