Fəxrəddin Qurbanov vəfat edib

Fəxrəddin Qurbanov vəfat edib

Görkəmli diplomat, XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov vəfat edib.

İNFONEWS xəbər verir ki, bu barədə Xarici İşlər Naziri Ceyhun Bayramov özünün sosial şəbəkə hesabında paylaşım edib.

Nazir paylaşımında qeyd edib:

“Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzun müddət fəaliyyət göstərmiş görkəmli diplomat, XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanovun vəfatı bizi dərindən sarsıtdı. Mərhum həmkarımıza Allahdan rəhmət diləyir, ailəsinə hüznlə başsağlığı verirəm.”

Qeyd edək ki, Fəxrəddin Qurbanov Kanada, Xorvatiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfir kimi (eyni zamanda Danimarka, İslandiya və İrlandiya Respublikasında akkreditə olunmuş) çalışıb.

O, 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni və Əmək Fəaliyyətinə görə medal ilə təltif edilib, Avrasiya üzrə İlin Diplomatı seçilib, London şəhərinin Fəxri vətəndaşıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir