Bakıda da zəlzələ ola bilər
“Bakıda da zəlzələ ola bilər” – Seysmoloqdan QORXUNC PROQNOZ
“Türkiyədə baş verən zəlzələ əslində gözlənilən idi. Şəxsən bir neçə beynəlxalq təşkilatların, məşhur geoloqların çıxışlarını izləyəndən sonra İstanbulu gözaltı etmişdim. Ancaq əksi oldu. Yaxşı ki, zəlzələ İstanbuldan yan keçdi. 20 milyonluq şəhər yerlə-yeksən ola bilərdi. Şükür Allaha hər kəs Türkiyəyə yardım edir. İnşallah hər şey düzələcək. Amma düzəlməyən insan olacaq”.
Bu sözləri İNFONEWS-a ekoloq-seysmoloq Ənvər Əliyev Türkiyədə baş vermiş zəlzələ haqqında fikir bildirərkən deyib. Onun sözlərinə görə, Türkiyə kimi ölkə 5 yüz il imperiya ilə yeri-göyü idarə edib, amma tikdikləri binalar darmadağın olur.
Sesmoloq Azərbaycanda zəzlələ ola bilərmi sualına da münasibət bildirib. O, qeyd edib ki, Azərbaycanda, Qafqazda da zəlzələ gözlənilir. Qafqazdan İndoneziyaya qədər zələlələrin olmağı labüddür.
“1192-ci ildən 2002-ci ilə qədər Şamaxı da 8 zəlzələ faktı qeydə alınıb. Yüz minlərlə insan həlak olub. Təkcə 1667-ci ildə Şamaxıda baş verən zəlzələdə 80 min insan həyatını itirib. Yaxın illərdə Azərbaycan üçün zəlzələ proqnozu verə bilmərəm, bu falçıların işidir. Şamaxıda bu günə kimi 8 zəlzələ olubsa 9-cu da ola bilər. Bakı da sesymoloji cəhətdən aktiv zonadır. 2000-ci ildə Bakıdakı zəlzələ 13 saniyə müddətində davam etmişdi. Əgər 40 saniyə olsaydı şəhərdə əksər binalar çökəcəkdi. Bizim özümüzü sığortalamağımızı bir yolu var. Getdiyimiz binalar, fərdi iş yerlərimiz nəzərə alınmalıdır. “Lelinqrad” tipli binalar 8-9 ballıq zəlzələyə davamlıdırlar. Xalqı bu məsələdə maarifləndirmək lazımdır. Yenə deyirəm, zəlzələ Bakıda da ola bilər”.
Oğuz Ayvaz