“Sevgililər günü”, ya “Beynəlxalq kitab bağışlama günü” ?

“Sevgililər günü”, ya “Beynəlxalq kitab bağışlama günü” ?

14 fevral tarixi həm də “Beynəlxalq kitab bağışlama günü” kimi qeyd edilir.

“İNFONEWS” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova söyləyib.

Onun sözlərinə görə, bütün dünyada gənclər bu günü “Müqəddəs Valentin” günü, yəni Sevgililər günü kimi qeyd edir. Amma unutmayaq ki, bu gün həm də “Beynəlxalq kitab bağışlama” günüdür. “International Book Giving Day” kitab bayramı uşaqlara kitab hədiyyə edən və onlarda mütaliəyə sevgi yaradan bütün insanların birlik günüdür.

“Beynəlxalq kitab bağışlama günü” 2012-ci ildən qeyd edilir. Bu ideyanı  ABŞ-da tanınmış “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoora balaca oğlu verib.

2013-cü ildə dünyanın 4 bir tərəfindən bloqqerlər sözləşərək insanları həmin günü “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Beləliklə, bir çox ölkələrdə 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Qısa zaman ərzində kitabsevərlər, uşaq yazıçıları, blogerlər və məşhur ziyalılar bu təşəbbüsü dəstəkləyib və hər il qeyd edilməsi üçün əlindən gələni əsirgəməyiblər.

Hər ilin bu günündə yüzlərlə-minlərlə uşaq böyüklərdən kitab hədiyyəsi qəbul etmək sevincini yaşayır.

“Universitetimizin Şəhid məzunlarının övladları – balaca oxucularımız UNEC-in 24/7 Kitabxanasında tez-tez qonaq olurlar. Eləcə də kitabxanamıza tez-tez kitab hədiyyə edilir” – deyə, yekunda Arzu Məmmədova əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir