Bura Bura Vətəndir! Doğma Vətən!
Bura Vətəndir! Doğma Vətəndir! AZƏRBAYCANDIR! – FOTOREPORTAJ
“İNFONEWS“ təqdim edir.
Bura Vətəndir,
Gülü bitəndir,
Əlim çatandır,
Ünüm yetəndir,
Bura Vətəndir!..
Kəpəz ucadır,
Yolu xalçadır,
Gülü qonçadır.
Gedən gözəlin
Eli Gəncədir.
Bura Arazdır,
Suyu dayazdır.
Gəmim buz tutur,
Neynim, ayazdır?
Bura Şuşadır,
Gözəl Şuşadır.
Üzmə gülünü,
Gülü qoşadır.
Bura Şəkidir,
Gözəl Şəkidir.
Yenə dünyadan
Əzəl Şəkidir.
Bura Vətəndir,
Gülü bitəndir,
Əlim çatandır,
Ünüm yetəndir,
Bura Vətəndir.
Başdan başa gözəlliklər diyarı Qarabağ.
Hər qarışına canlar qoyulan Qarabağım. 30 ildən çoxdu düşmən tapdağında qalaraq,həsrət çəkən Qarabağ sanki işğaldan azad olandan daha da gözəlləşib.Qarabağın da üzü gülür artıq.Çünki artıq yağı ayağı dəymir torpağına.
Qışda belə öz gözəlliyi ilə seçilən Qarabağ torpaqlarında hal-hazırda hava şəraiti olduqca soyuqdu. Lakin piknik eləmək üçün Qarabağ meşələri hər zaman əlverişlidir. Buranın meşələrində Qarabağ əzgili, quş üzümü ilə də qarşılaşmaq mümkündür. Qış fəslində buranın çaylarının isə özünə məxsus görüntüsü var.
Hal-hazırda havanın temperaturu gecə 3-8° şaxta, gündüz 2°-3⁰ təşkil edir.
Fotolar: Fariz Faiqoğlu