ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi prezidentliyə namizədliyini irəli sürəcək

ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi prezidentliyə namizədliyini irəli sürəcək 

ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli 2024-cü ildə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcəyini bildirib.

İNFONEWS” “Axios”a istinadən xəbər verir ki, o, bu barədə seçkiqabağı kampaniya üçün buraxdığı videoçarxda vurğulayıb.

 

“Mən Nikki Heyli prezidentliyə namizədliyimi irəli sürürəm”, – o, videomüraciətində bildirib.

Qeyd edək ki, ABŞ-da prezidenti seçkisi 2024-cü ildə keçiriləcək.

Xatırladaq ki, Nimrata “Nikki” Randhava Heyli 1972-ci il yanvarın 20-də Cənubi Karolina ştatının Bamberq şəhərində anadan olub. O, Respublika Partiyasının üzvüdür. 2017-ci il yanvarın 27-dən 2018-ci il dekabrın 31-dək ABŞ-ın BMT-də daimi nümayəndəsi, 2011-ci il yanvarın 12-dən 2017-ci il yanvarın 24-dək Cənubi Karolina ştatının qubernatoru olub.

O, 2018-ci il oktyabrın 9-da daimi nümayəndə vəzifəsindən istefa verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir