DİN əməliyyat keçirdi,5 nəfər saxlanıldı

DİN əməliyyat keçirdi,5 nəfər saxlanıldı

“İNFONEWS” xəbər verir ki,Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdikləri əməliyyatlar zamanı külli miqdarda narkotiki qanunsuz olaraq əldə edərək saxlamaqda və satışında şübhəli bilinən 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri – Elnur Yusubov, Azər Hüseynov, Samir Xəlilov, Anar Hüseynov və Kamal Məmmədov saxlanılıblar. Müvafiq axtarış zamanı onlardan külli miqdarda narkotik vasitələr – 1 kiloqramdan artıq heroin, 1 kiloqrama yaxın marixuana və metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib .

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir