Gəncə sakini özünü yandırıb
Gəncədə 37 yaşlı kişi məhkəmənin qarşısında özünü yandırıb
“İNFONEWS”-un məlumatına görə, hadisə Gəncənin Atatürk prospektində yerləşən şəhər məhkəməsinin qarşısında qeydə alınıb. 1986-cı il təvəllüdlü Həsənov Fariz Faiq oğlu yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan Bakıdakı yanıq mərkəzinə göndərilməsi nəzərdə tutulur.
Fariz Həsənovun hansı səbəbdən özünü yandırması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.