OPEC 2023-cü ildə qlobal neft tələbi ilə bağlı proqnozunu yaxşılaşdırıb

OPEC 2023-cü ildə qlobal neft tələbi ilə bağlı proqnozunu yaxşılaşdırıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-cü ildə qlobal neft tələbinin artımı ilə bağlı proqnozunu bir qədər yaxşılaşdırıb.

İNFONEWS” xəbər verir ki, bu barədə təşkilatın fevral ayı üzrə hesabatında deyilir.

Hesabata görə, 2023-cü ildə gündəlik neft hasilatının 2,3 milyon barel artaraq 101,87 milyon barelə çatacağı gözlənilir. 2022-ci il üçün proqnoz isə gündəlik 2,5 milyon barel səviyyəsində saxlanılıb.

OPEK-in proqnozlarına görə, 2023-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində artım gündəlik 0,4 milyon barel, qeyri-OECD ölkələrində isə gündəlik 2 milyon barel təşkil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir