Dövlət qulluğu və doktoranturaya qəbul imtahanlarının tarixləri açıqlanıb

Dövlət qulluğu və doktoranturaya qəbul imtahanlarının tarixləri açıqlanıb

2023-cü ildə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilməsi nəzərdə tutulan növbəti dövlət qulluğu, peşəkar mühasib sertifikatı və doktoranturaya qəbul imtahanlarının tarixləri elan olunub.

“İNFONEWS” – un DİM-dən əldə etdiyi məlumatına görə, imtahanların qrafiki Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilib. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edilir. DİM oştirakçıların nəzərinə çatdırır ki, imtahanların qrafikində respublikamızda sanitar-epidemioloji vəziyyətdən və digər hallardan asılı olaraq dəyişiklik edilə bilər. İmtahan tarixləri ilə bağlı hər hansı dəyişiklik olarsa, bununla bağlı ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir