Dünyanın ən gözəl insanı sosial şəbəkələrin gözü ilə
Gözəllik nisbi məfhumdur və müzakirəsiz deyə bilərik ki, hər bir insanın gözəllik haqqında öz fikirləri mövcuddur. Görünür, neyroşəbəkələlər bununla razılaşmırlar. Alqoritmlərə görə, cəlbediciliyin öz standartları var.
“İNFONEWS” xarici KİV-ə istinadən xəbər verir ki, “NordChem” kosmetika markası maraqlı bir layihə irəli sürərək, dünyada və xüsusi ərazi bölgələrindən olan ən gözəl insanların simasını müəyyənləşdirmək üçün “Mindjourney”-yə müraciət edib. Layihənin əsas məqsədi gözəlliyin etnik mənsubiyyətdən asılı olmadığını göstərmək idi.
Beləliklə, neyroşəbəkə hesablamalarının ilkin nəticələrinə görə, Yer üzündəki ən gözəl qızın tünd buruq saçları, çilli üzü, dolu qaşları, dolğun dodaqları, qəhvəyi gözləri və bir qədər də tünd dərisi və ən gözəl oğlanın isə bəyaz dərisi, daha ciddi baxışlı tünd rəngli gözləri, eləcə də bir qədər sərt yanaqları olmalıdır.
Qeyd edək ki, layihənin mütəxəssisləri müəyyən bir qərara gəlmək, ümumi obrazlı fotoşəkillər yaratmazdan əvvəl yüzlərlə sosial media səhifəsini geniş təhlil edib, müxtəlif ölkələrdə ən çox hansı görünüşlü insanların bəynildiyini, baxış üstünlüyü təşkil edilən simaları izləyiblər.
Lakin alqoritmlər sübut etdilər ki, etnik fərqlərə baxmayaraq gözəllik anlayışı dünyanın müxtəlif yerlərində eynidir. Beləliklə, “Midjourney”- ə görə, uzun saçları və iri gözləri olan qadınlar, tutqun baxışlı və sərt yanaqlı kişilər daha gözəldirlər.
Bir sıra ölkələrin gözəl qadın və kişi simalarını təqdim edirik.