COVİD-dən ölüm 47 faiz, yoluxma sayı 92 faiz azalıb – ÜST

COVİD-dən ölüm 47 faiz, yoluxma sayı 92 faiz azalıb – ÜST

Yanvarın 16-dan fevralın 12-dək dünyada 6,7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 64 mindən çox insan bu xəstəlikdən ölüb.

“İNFONEWS” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiologiya bülleteninə istinadən xəbər verir ki, ölüm hallarının sayı əvvəlki 28 gündəki ilə müqayisədə 47 faiz, yoluxma hallarının sayı 92 faiz azalıb.

ÜST-nin məlumatına görə, dörd həftə ərzində dünyada koronovirusla bağlı 6.718.148 yoluxma və 64.469 ölüm faktı qeydə alınıb.

28 gün ərzində ən çox xəstələnmə halları Yaponiyada aşkar edilib (1.627.259 fakt). Sonrakı yerləri Çin (1.272.035), ABŞ (1.165.050), Koreya Respublikası (543.308) və Braziliya tutur (332.404).

Yanvarın 16-dan fevralın 12-dək ən çox ölüm halları Çində qeydə alınıb (20.979 fakt). Sonrakı yerləri ABŞ (14.326), Yaponiya (8.294), Braziliya (2.426) və Böyük Britaniya tutur (2.269).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir