Azərbaycan atleti beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan atleti beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycanın qadın atleti Yekaterina Sariyeva Serbiyanın paytaxtı Belqradda keçirilən “World Athletics Indoor Tour” (Silver Level) turnirində gümüş medal qazanıb.

“İNFONEWS” -un Gənclər və İdman Nazirliyindən əldə etdiyi məlumatına görə, vüçtəkanla tullanma növündə qüvvəsini sınayan idmançı 13.33 metr nəticəyə imza atıb. O, bu göstərici ilə fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir