Rəssamlıq Akademiyasının rektoru kollektivə təqdim edilib

Rəssamlıq Akademiyasının rektoru kollektivə təqdim edilib

 

Fevralın 16-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsinə təyin edilmiş Natiq Əliyev müəssisə kollektivinə təqdim olunub.

“İNFONEWS” -un əldə etdiyi məlumatına görə, tədbirdə Elm və təhsil naziri Emin Əmrullayev, eləcə də təhsil müəssisəsinin pedaqoji kollektivi iştirak ediblər.

Nazir Natiq Əliyevin akademiyaya rektor təyin olunması ilə bağlı sərəncamı diqqətə çatdırıb və yeni rektora fəaliyyətində davamlı uğurlar arzulayıb.

Rektor Natiq Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirəcəyini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir