Qərbi Azərbaycan İcmasının Çəmbərək rayon icması nümayəndələrilə görüşü olub

Qərbi Azərbaycan İcmasının Çəmbərək rayon icması nümayəndələrilə görüşü olub

19 fevralda Qərbi Azərbaycan İcmasında Çəmbərək rayon icmasının nümayəndələri ilə görüş keçirilib.
“İNFONEWS” xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Mətbuat Xidmətinin məlumatına görə, iclası giriş sözü ilə İcmanın sədri, millət vəkili Əziz Ələkbərli açaraq tədbir iştirakçılarını salamlayıb, onlara Qərbi Azərbaycan İcmasının strukturu, bu strukturda rayon və kənd icmalarının yeri və rolu haqqında geniş məlumat verib. Əziz Ələkbərli daha sonra Qərbi Azərbaycanın Çəmbərək rayon icmasının indiyə qədər gördüyü işlərə toxunaraq, bundan sonrakı görüləcək işlərdən bəhs edib.
Tədbirdə Çəmbərək rayon icmasının nümayəndələri çıxış edərək öz təkliflərini bildirib, icmanın üzərinə düşən işlərin həyata keçirilməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər.
Tədbirdə Qərbi Azərbaycan İcmasının Qəyyumlar Şurasının sədri Mürvət Həsənli, İcmanın şöbə müdirləri Qalib Qasımov, Miraslan Bəkirli, İcmanın Çəmbərək rayonu üzrə koordinatoru İman Məmmədov iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir