“Gecələr Ay olmaq istəyirəm mən…” Əliağa Kürçaylı – 95
Pərdəli, pərdəsiz pəncərələrdən
Dolmaq istəyirəm neçə otağa.
Mən neçə süfrəyə yanan çırağa
Baxmaq istəyirəm hamıdan pünhan.
Səma tağlarının ucalığından
Gecələr Ay olmaq istəyirəm mən.
Gecələr Ay olmaq istəyirəm mən…
Şirin laylaları ana dilindən,
Ana dodağından eşidim deyə.
Mən ağlı-qaralı neçə taleyə
Baxmaq istəyirəm ağarınca dan.
Səma tağlarının ucalığından
Gecələr Ay olmaq istəyirəm mən.
Gecələr Ay olmaq istəyirəm mən…
Sevən ürəklərin məhəbbətindən
Səma ucalıqda pay almaq üçün,
Ən yüksən qübbəyə ucalmaq üçün…
Ordan nur səpərəm mən incə-incə,
Deyirlər, sevgiyə anadır gecə…
Gecələr Ay olmaq istəyirəm mən…
“İNFONEWS” xəbər verir ki, bu gün Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, görkəmli şair, dramaturq və publisist Əliağa Kürçaylının anadan olmasından 95 il ötür. Sevimli şairimizi dərin hörmət və sevgi ilə anırıq.