“Qədəm qoyduğumuz bu Su çərşənbəsində…”- Məhəmməd Məmmədov

“Qədəm qoyduğumuz bu Su çərşənbəsində…”- Məhəmməd Məmmədov

 

Bu gün Azərbaycana Novruzun ilk çərşənbəsi qedəm qoyur.

Əminəm ki, qədəm qoyduğumuz bu Su çərşənbəsində axar su Türkiyədə baş vermiş zəlzələ nəticəsində Türk xalqının başına gələn fəlakətin ağırlığını götürəcək, azar-bezarını yuyub aparacaq, hüznlü ürəklərə bir təskinlik suyu səpib ovudacaqdır. Bu bayram hər bir evə yeni həyat eşqi, xeyir-bərəkət, süfrələrə ruzi gətirəcəkdir.

“İNFONEWS” xəbər verir ki, bunu folklorşünas alim, Bakı Dövlət Universiteti “Şifahi xalq ədəbiyyatı” kafedrasının dosenti Məhəmməd Məmmədov söyləyib.

Məhəmməd Məmmədov qeyd edib ki, bu çərşənbəni “Yalançı”, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar.

 

Ömrünüz- gününüz çərşənbə suyu kimi təmiz olsun.

Apaydın sular səpilsin arxanızca.

Su üzünüzə həmişə gülsün.

Dərdlərinizin dərmanı olsun çərşənbə suyu.

Su axarında salınan oba barlı-bəhrəli olar.

Su olan yerdə dirilik olar.

Su sizi aydınlığa çıxartsın.

Çeşməniz sulu olsun.

Suyunuz bulanmasın.

Suyunuz axar, müşkülünüz su kimi asan, rəvan həll olsun.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir