“Qış Liderlik Düşərgəsi” növbəti təlimlərini təşkil edib
Fevralın 18-19 -da Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Qış Liderlik Düşərgəsi” keçirilib.
“İNFONEWS“ -a Assosiasiyadan verilən məlumata görə, gənc direktor müavinlərinin iştirakını nəzərdə tutan düşərgə gənc təhsil verənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə təşkil olunub. Seçilmiş 25 iştirakçıya 2 gün müddətində “Liderlik”, “Konfliktin idarəedilməsi”, “Kommunikasiya”, “Layihə idarəetməsi”, “Buraxılış siniflərində keyfiyyətin artırılması üçün strateji planın hazırlanması” təlimləri keçirilib.
Düşərgənin keçirilməsinə dəstək olduqlarına görə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən Quba-Xaçmaz Regional Təhsil İdarəsinə təşəkkür bildirib.
Fəaliyyət Elm və Təhsil Nazirliyinin elan etdiyi “2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsində qalib olmuş “XXI əsrin tələblərinə uyğun təhsil-gənc müəllimlərin peşəkarlığının artırılması” layihəsi çərçivəsində icra olunur.