Şagird yerdəyişməsi sistemi aktivləşdirildi .
Xəbər verdiyimiz kimi 21 fevral saat 11:00-da 2022-2023-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktivləşdirilsə də müraciətlərin göndərilməsində problemlər yaranıb. Daha sonra isə sistemin fəaliyyəti dayandırılıb.
“İNFONEWS” xəbər verir ki, portal hazırda aktivdir.
Məsələ ilə bağlı “İNFONEWS”-a Elm və Təhsil Nazirliyindən verilən məlumata görə,
Portal hazırda aktivdir. Müraciətlərin çoxluğu səbəbi ilə texniki problemlər yaranmış, hazırda problem aradan qaldırılmışdır.