Rusiya-Ukrayna müharibəsinin qalibi kim olacaq? – SİYASİ PROQNOZ
Hazırda bütün dünya ictimaiyyətini, istər siyasi, istər digər sahələrdə çalışan ekspertləri Rusiya Ukraynanı müharibəsinin hansı nəticə ilə bitəcəyi maraqlandırır.
Kampaniya uzunmüddətli hərbi birləşmədən və işğaldan bir neçə gün əvvəl Rusiyanın Donetsk və Luqansk Xalq Respublikasını tanımasından sonra başlayıb. Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərində raket zərbələri endirildi. Bu günə kimi davam edən müharibənin sonunu proqnozlaşdırmaq isə qeyri-mümkündür. Çünki hadisələr an etibarı ilə dəyişir, proseslər bir-birini əvəz edir. Hətta bu müharibənin III Dünya müharibəsinin başlanğıcı sayan ekspertlərdə var. Hadisələr barəsində isə hələ ki, heç bir dəqiq proqnoz verən yoxdur.
Həqiqətənmi, bu savaşı Üçüncü Dünya Müharibəsinin başlanğıcı hesab etmək olarmı?
Bu barədə “İNFONEWS“-a politoloq Tural İsmayılov şərh verib. O, açıqlamasında qeyd edib ki, heç bir halda bu savaşın arealını kiçiltmək olmaz.
“Hesab edirəm ki, müharibənin təkcə hərbi nəticələri yox, həm də siyasi, iqtisadi və ekspansionist tərəfləri dağıdıcıdır. Bu gün pərdə arxasında hərbi mənada Rusiya-NATO savaşı gedir. Ukraynada Rusiyaya qarşı NATO standartları ilə cavablar verilir. Eyni zamanda qış öncəsində enerji məhsullarından asıllığı nəzərə alıb Rusiya Qərbi küncə sıxışdırıb. Birmənalı formada deyə bilərik ki, Rusiya-Ukrayna savaşı Üçüncü Dünya Müharibəsinin kiçik bir başlanğıcı sayıla bilər. Qüvvələr zəiflədikcə digər ölkələrin təsir imkanalrını dövriyəyə buraxmaq meyarları da güclənir. İstənilən halda bu savaşda qalib yoxdur. İtirən hər iki tərəfdir. Hücum edən də, müdafiə olan da xeyli resurs itirib. Bu savaşın qalibi Qərb imperializmi, məğlubu isə təəssüf ki, Avrasiyadır”.
Oguz Ayvaz