Vüqar Gülməmmədov: Dövlət maliyyəsi üzrə yeni təfəkkürün formalaşması HP-nin fəaliyyətinə ciddi təsir edirVüqar Gülməmmədov
Azərbaycanda dövlət maliyyəsinin planlaşdırılması ilə bağlı yeni təfəkkürün formalaşmasının Hesablama Palatasının da fəaliyyətinə ciddi təsiri var.
“İNFONEWS” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Təhsil sektorunda OMXÇ-in tətbiqi və nəticə əsaslı büdcə mexanizminə keçid” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.
O, bildirib ki, son üç ildə Palatanın təqdim etdiyi büdcənin icrası ilə bağlı hesabat, rəy və çıxışlarda ölkədə dövlət maliyyəsinin planlaşdırılması ilə bağlı yeni təfəkkürün formalaşmasının vacibliyi bir neçə dəfə göstərilib:
“Bəs nəticə əsaslı büdcənin özünün auditi necə aparılmalıdır? Biz indiyə qədər apardığımız nəzarət tədbirlərində prosesin özünün auditini nəzərdə tuturduq. Bu halda isə biz nəticələrin auditini aparmalıyıq. Amma nəticələrin nə dərəcədə doğru indikatorlarının müəyyən edilməsi ilə yanaşı bu nəticələrə gətirib çıxardan yol, bu istiqamətdə sərf olunan vəsait, bu vəsaitin istifadəsi kimi məsələlərin hamısı kökündən büdcə qanunvericiliyinin dəyişilməsini də tələb edir”.
V. Gülməmmədov vurğulayıb ki, mövcud qanunvericiliyə uyğun yeni büdcə planlaması məmur-icraçı təfəkkürünün dəyişməsinə də gətirib çıxaracaq: “Bu, ölkədə strateji planlaşma işlərinin uzlaşmasına və bu sahəyə dövlət auditinin baxışının dəyişməsinə də səbəb olacaq”.