Hacı Rahib Babayev “FƏXRİ MEDİA MÜKAFATI” ilə təltif olunub
Fevralın 22-də Bibiheybət Məscidinin İmamı, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Hacı Mir Rahib Babayev “FƏXRİ MEDİA MÜKAFATI” ilə təltif olunub.
“İNFONEWS” xəbər verir ki, “Azərbaycan Respublikasının dövlətçiliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edən dövlət-din münasibətlərinin demokratik prinsiplərə uyğun tənzimlənməsində, ölkəmizdə dini dəyərlərin təbliği, milli-mənəvi mühitin qorunub saxlanılmasında göstərdiyi səmərəli fəaliyyətinə və bilavasitə “İNFONEWS” İnformasiya Agentliyi ilə daimi ünsiyyətinə görə Bibiheybət Məscidinin İmamı, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Babayev Mir Rahib Hənifə oğlu “FƏXRİ MEDİA MÜKAFATI” ilə təltif edilib.
Mükafat Agentliyin rəhbərliyi tərəfindən Hacı Rahibə təqdim edilib.
Bu münasibətlə çox hörmətli din xadimi Hacı Rahib Babayevi təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.