“Su nəqliyyatının problemləri” mövzusunda XVIII Beynəlxalq elmi-texniki konfrans keçiriləcək

“Su nəqliyyatının problemləri” mövzusunda XVIII Beynəlxalq elmi-texniki konfrans keçiriləcək

Azərbaycan Dövlət Dəniz Akademiyasında 4-5 may 2023-cü il tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə hasr olunmuş “Su nəqliyyatının problemləri” mövzusunda XVIII Beynəlxalq elmi-texniki konfrans keçiriləcəkdir.

Bu barədə “İNFONEWS”-a Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Konfrans aşağıdakı bölmələr üzrə keçiriləcək:

  • Gəmiqayırma və gəmi təmiri texnologiyası
  • Gəmiçilik və su nəqliyyatının istismarı
  • Gəmiçilik texnikası
  • Gəmiçilikdə təbiət elmlərinin problemləri
  • Gəmiçilikdə humanitar va dilçilik problemləri

Konfransda iştirak etmək istəyənlər məruzə materiallarını 5 aprel 2023-cü il tarixinə kimi Təşkilat Komitəsinə təqdim edə bilərlər.

Ünvan: AZ1000, Bakı şəhəri. Zərifə Əliyeva küç 18, ADDA
E-mail: [email protected]

Konfrans barədə ətraflı məlumat ADDA-nın internet saytında http://www.adda.edu.az ünvanında yerləşdirilmişdir.

Təşkilat Komitəsinin qərarı ilə ən yaxşı məruzə materiallarının “ADDA-nın Elmi əsərləri” məcmuasında çap olunması nəzərdə tutulur. Konfransın Məruzə materialları XVIII Beynəlxalq elmi-texniki konfransın toplusunda dərc olunacaq.

Konfransda iştirak etmək arzusunda olanlar üçün ətraflı məlumat əlavə olunur.

ƏTRAFLI MƏLUMAT

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir