UNEC ilə Bank of Baku arasında əməkdaşlıq memorandumu imzalanıb

UNEC ilə Bank of Baku arasında əməkdaşlıq memorandumu imzalanıb

UNEC ilə Bank of Baku arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Bu barədə “İNFONEWS”-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

UNEC rektoru, professor Ədalət Muradov və Bank of Baku-nun darə heyətinin sədri Yunus Emre Filizin imzaladığı memorandumda UNEC ilə Bank arasında müasir təhsil proqramları sahəsində əməkdaşlıq, təhsil və bank sahəsində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, biznes proseslərində təhsil və informasiya texnologiyalarının tətbiqi, birgə seminar, treninq, konfrans və digər tədbirlərin təşkili, bankda tələbələrə təcrübə imkanının yaradılması, sosial layihələrin işlənməsi və s. nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir