Qanunsuz ov edən xarici ölkə vətəndaşı cəzalandırılıb
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaş saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov “İNFONEWS”-a bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin Küveyt vətəndaşı Khaled Hsssd Alrasheedi olduğu müəyyən edilib.
“Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb”.