“Xocalıya Ədalət” kampaniyası çərçivəsində Reza Deqati ilə görüş keçirilib – FOTO

“Xocalıya Ədalət” kampaniyası çərçivəsində Reza Deqati ilə görüş keçirilib – FOTO

İNFONEWS” xəbər verir ki, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə dünyaca məşhur Azərbaycanlı fotoqraf Reza Deqati ilə görüş keçirilib.

Reza Deqati 20 Yanvar hadisələrini, o cümlədən Xocalı soyqırımının şahidlərini, eləcə də şəhidlərini çəkməyə müvəffəq olub. Bundan başqa, müharibə gedən digər bölgələrdə – Şuşa, Zəngilan, Cəbrayılda baş verən hadisələri də fotoaparatın yaddaşına köçürüb. Müharibədən sonra da məcburi köçkünlərlə görüşüb, onların da şəkillərini çəkib. Bundan sonra isə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox avropa ölkələrində sərgilər təşkil edib.

24 Fevral 2023-cü il tarixində baş tutan görüşdə Reza Deqati gənclərə faciə zamanı çəkdiyi fotoları təqdim edib və şahidi olduğu hadisələrdən danışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir