Hacı Rahib Babayev Xocalı faciəsi ilə əlaqədar xalqımıza başsağlığı verib .
Fevralın 26-ı Xocalı soyqırımının 31-ci ildönümüdür.
“İNFONEWS” xəbər verir ki, Bibiheybət Məscidinin İmamı, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Hacı Mir Rahib Babayev Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Başsağlığında deyilir:
“Bu gün 26 fevral Xocalı soyqırımının anım günüdür. Üstündən 31 il keçməsinə baxmayaraq, nəsildən-nəsilə ötürüləcək qan yaddaşımızdır. Biz Azərbaycan xalqı olaraq bu günü heç zaman yaddan çıxarmamışıq və çıxarmarıq. Allahdan arzum budur ki, Allah-təala bir daha bu cür zülmü Azərbaycan xalqına yaşatmasın. Fürsətdən istifadə edib mən Azərbaycan xalqına başsağlığı diləyirəm, şəhidlərimizə rəhmət diləyirəm. Allah-təala bir daha o cür zülmləri Azərbaycan xalqına yaşatmasın İnşAllah.”