TƏBİB Hacı Şahinin ölümü ilə bağlı açıqlama verib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Məşədi Dadaş Məscidinin İmamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, tanınmış ilahiyyatçı və din xadimi Hacı Şahin Həsənlinin ölümü ilə bağlı açıqlama verilib.
TƏBİB-dən “İNFONEWS”-a bildirilib ki:
“1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2 mart saat 05:30 radələrində çağırış daxil olub. Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürəktutmasından həkiməqədər ölüm qeydə alınıb”
Qeyd edilib ki, ailəsinin bildirdiyinə görə, Ş.Həsənli martın 1-də özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.