“Formula-1”: Azərbaycan Qran-prisi üçün tikinti-quraşdırma işlərinə başlanılır .
“İNFONEWS“ xəbər verir ki, bu haqda BŞH məlumat verib. Tikinti-quraşdırma işləri bu gün gecə saatlarından başlayacaq və yarış həftəsinə qədər davam edəcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula-1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına başlayır.
Tədbir çərçivəsində tikinti-quraşdırma işləri mərhələli şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, yeddinci dəfə keçiriləcək Azərbaycan Qran-prisi 28-30 aprelə təsadüf edəcək.