Azərbaycan və Polşa Orta Dəhliz çərçivəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Polşa Orta Dəhliz çərçivəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Polşa arasında Orta Dəhliz çərçivəsində əməkdaşlıq və mövcud marşrutların diversifikasiya imkanlarının öyrənilməsi, eləcə də iki ölkənin nəqliyyat və tranzit imkanlarından istifadə edilməsi barədə müzakirələr aparılıb.

İNFONEWS“in məlumatına görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müzakirələri Bakıda keçirilmiş Nəqliyyat və logistika üzrə Azərbaycan-Polşa İşçi qrupunun 2-ci iclasında baş tutub.

İclas azərbaycanlı nazir müavini Rəhman Hümmətovun və Polşaın infrastruktur nazirinin müavini Andrzej Bittelin həmsədrliyi ilə keçirilib.

İclasda Azərbaycan və Polşa arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq məsələləri və gələcək inkişaf perspektivləri müzakirə edilib. Bu xüsusda iki ölkənin dəniz limanları arasında əməkdaşlığın, həmçinin regionlararası aeroportlar arasında birbaşa hava reyslərinin açılması imkanının araşdırılması ilə bağlı məsələlər nəzərdən keçirilib.

Hazırda ölkədə həyata keçirilən “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin artırılması” Polşa-Litva Tvinninq layihəsi çərçivəsində yol hərəkətinin təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələsi də qeyd olunub.

İclasın yekununda Protokol imzalanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir