“Əsas instinkt”dəki bir kadr oğlunun qəyyumluğuna son qoydu

“Əsas instinkt”dəki bir kadr oğlunun qəyyumluğuna son qoydu

Hollivud aktrisası Şeron Stoun “Əsas instinkt”dəki bir kadrın oğlunun qəyyumluğundan məhrum olması barədə danışıb.

“İNFONEWS” xarici KİV-ə istinadən xəbər verir ki, məşhur xanım adı çəkilən filmdəki rolunun onun həyatını necə dəyişdiyini “Table for Two” (İki nəfərlik masa) podkastında deyib.

“Hakim balaca oğlumdan soruşdu: “Ananızın böyüklər üçün filmlərdə çəkildiyini bilirsinizmi?”. Valideynliyin onun hansı filmlərə çəkilməsi ilə ölçülməsi sistemin insanlara qarşı açıq-aşkar sui-istifadəsidir. Ümumiyyətlə, insanlar televiziyada çılpaq görünürlər. Və beləcə, filmdəki bir kadra görə oğlumun qəyyumluğunu itirdim”, – deyə aktrisa söyləyib.

Qeyd edək ki, ulduz sənətçi 2000-ci ildə jurnalist Fill Bronşteyn ilə birlikdə Roan Cozef adlı oğlanı övladlığa götürürlər. Lakin 2003-cü ildə cütlük boşanır və məhkəmə uşağın qəyyumluğunu atasına verir. Çox az hallarda müsahibə verən xanım Stoun bu hadisənin onun üçün hər cəhətdən – həm mənəvi, həm də fiziki sağlamlığında problemlərə səbəb olan əsl faciə olduğunu etiraf edib. Eləcə də aktrisa hamilə qalmaq, uşaq dünyaya gətirməyin ən böyük arzusu olduğunu səmimi bildirib. Hərçənd, onun bu niyyəti baş tutmayıb, onun 9 dəfə hamiləliyi pozulub, uşaq itirib. Həmin dönəmdə ulduz xanım özünü bədbəxt hiss edib, bununla heç cürə barışa bilməyib, həyatının acısını təkbaşına, tənha keçirib. 2005-ci ildə isə Ş.Stoun körpələr evindən Lerd adlı oğlanı, daha sonra isə Kuini övladlığa götürür. Hazırda Roan da daxil olmaqla məşhur üç övladı ilə birgə yaşayır. Övladları həyatının mənası olduğunu, onlar üçün hər şey eləməyə hazır olduğunu aktrisa etiraf edir. Həmçinin bir müddət əvvəl onun oğulluğunun ən yaxın dostunu da gizli şəkildə övladlığa götürdüyü deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir