Sertifikatlaşdırma prosesi ilə bağlı maarifləndirici görüşlər davam edir
Təhsilverənlərin sertifikatlaşdırılması ilə əlaqədar Təhsil İnstitutu tərəfindən maarifləndirici görüşlər davam edir.
Bu barədə “İNFONEWS”-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Növbəti görüş martın 7-də Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə keçirilib.
Görüşdə 300-dən çox müvafiq fənn müəllimi iştirak edib.
Təhsilverənlərin sertifikatlaşdırılması üzrə qiymətləndirmə çərçivəsi müəllimlərə izah edilib və onları maraqlandıran suallara aydınlıq gətirilib.