Fransa Senatı əhalinin etirazlarına baxmayaraq, hökumətin təklif etdiyi pensiya islahatını təsdiqləyib.
“İNFONEWS” xəbər verir ki, bunu Fransanın baş naziri Elizabet Born tviterdə yazıb.
“Yüzlərlə saatlıq müzakirələrdən sonra Senat pensiya islahatlarına dair qanunun mətnini qəbul edib. Pensiyalarımızın gələcəyini təmin edəcək islahatlara doğru qəti addım. Biz yaxın günlərdə veriləcək yekun qərara tam hazırıq”, – Born bildirib.
Qeyd edək ki, Fransada təqaüd yaşının artırılmasına qarşı ölkənin hər yerində nümayişlər keçirilir.
Pensiya islahatlarına dair qanuna əsasən pensiya yaşı 62-dən 64-ə qaldırılacaq. İslahat layihəsi həmçinin minimum pensiyanın 1,2 min avroya qədər artırılmasını və müxtəlif sektorlarda bəzi xüsusi pensiya növlərinin ləğvini nəzərdə tutur.