Bakıda vəzifəli şəxs intihar edib.
“İNFONEWS” OMM-ə istinadən xəbər verir ki, Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi Mehtiyev Rauf Məhi oğlu intihar edib.
Gecə saatlarında özünü asaraq canına qəsd edən R.Mehtiyevin hansı səbəbdən intihar etməsi bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.