XİN “Diplomatiya Könüllüləri” sıralarına könüllülərin qəbulunu elan edir
Xarici İşlər Nazirliyi (XİN) “Diplomatiya Könüllüləri” qrupuna könüllülərin qəbulunu elan edir.
“İNFONEWS” – un XIN-in Mətbuat Xidməti İdarəsindən əldə etdiyi məlumatına görə, könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən edilmiş tələblərlə tanış olduqdan sonra, tələblərə uyğun olduqları təqdirdə nazirliyin rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər.
Tələblərə uyğun namizədlərin ixtisas, siyasi bilikləri, dil bilikləri, ümumi dünyagörüşünün yoxlanılması məqsədilə müsahibə mərhələsinə dəvət olunması nəzərdə tutulur.
Müsahibələrin keçirilmə tarixləri ilə bağlı məlumat daha sonra elan ediləcək.
Müraciətlər aprelin 10-a kimi qəbul olunur.