Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların sayı açıqlanıb
Bu ilin yanvar-fevral ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 7300-ü fərdi yaşayış və bağ evi, 13 min 915-i mənzil, 57 min 297-si torpaq sahəsi, 506-sı qeyri-yaşayış binası, 1141-i qeyri-yaşayış sahəsi, 89-u əmlak kompleksi, 26-sı isə çoxmərtəbəli yaşayış binasıdır.
“İNFONEWS” AZƏRTAC- a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 13 min 803-ü Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.