TƏBİB Azərbaycanda uzunömürlülüyə təsir edən amilləri açıqlayıb
TƏBİB Azərbaycanda uzunömürlülüyə təsir edən amilləri açıqlayıb.
“İNFONEWS” xəbər verir ki, qurumun icraçı direktorunun müavini Araz Nəsirov “Viva La Vida” uzunömürlülük üzrə ilk beynəlxalq konqres və sərginin açılış mərasimində bildirib ki, Azərbaycan qədim zamanlardan özünün uzunömürlüləri ilə tanınır.
Onun sözlərinə görə, uzunömürlülük yolunda vacib və ilk addım bədənin fiziki ehtiyatlarının dəqiq diaqnozudur:
“Ölkəmizdə uzunömürlülərin çox yaşamasının bir neçə səbəbi var. İlk olaraq onlarda adaptiv-kompensator mexanizmlər güclü olur. Səbəblər arasında irsi, ekoloji faktorlar və yaşam tərzi də var. İrsi və ekoloji faktorlar, adətən, bir-birini şərtləndirir. Azərbaycanda 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Dünya üzrə bu yaş həddi 100-dür. Statistikaya əsasən, ölkəmizdəki uzunömürlülər daha çox görmə və eşitmə üzvlərinin xəstəliklərindən əziyyət çəkirlər”.