Bakıda evdəki krantdan qum tökülür, “Azərsu” isə məsələ ilə maraqlanmır

Bakıda evdəki krantdan qum tökülür, “Azərsu” isə məsələ ilə maraqlanmır

İNFONEWS” xəbər verir ki, Binəqədi rayonu, Faiq Rüstəmov küçəsində yaşayan sakinlərin evində krantdan su ilə bərabər qum tökülür.

Şikayətçi şəxs bildirib ki, yaranan problemlə bağlı “Azərsu” ASC-yə fevral ayında müraciət etsələr də, məsələ hələ də həllini tapmayıb.

Sakinlərə əraziyə baxış keçiriləcəyi bildirilib, lakin bir aydan çoxdur ki, problemlə maraqlanan yoxdur.

“Azərsu” ASC ilə əlaqə saxlanılıb qarşı tərəfin mövqeyini öyrənməyə çalışılsa da, sorğu cavabsız qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir