ADY Astanada “Taxıl Ekspresi qatarı” layihəsinin təqdimatını keçirib

ADY Astanada “Taxıl Ekspresi qatarı” layihəsinin təqdimatını keçirib 

Qazaxıstanın paytaxtı Astana şəhərində 40-dan çox ölkənin nümayəndə heyətinin iştirakı ilə “Avro-Asiya Kənd Təsərrüfatı məhsulları” adlı beynəlxalq konfrans keçirilib.

Bu barədə “İNFONEWS“a ADY QSC-dən bildirilib.

Konfransda kənd təsərrüfatı məhsullarının istehsalı, ixrac yolları və daşınma marşrutları ilə bağlı panel sessiyaları təşkil olunub.

“Azərbaycan Dəmir Yolları” QSC taxıl yüklərinin qısa və daha təhlükəsiz şəraitdə təyinat ölkələrinə çatdırılmasını təmin edən “Taxıl ekspresi qatarı” layihəsinin təqdimatını keçirib. Layihəyə əsasən, Qazaxıstanın taxıl məhsullarının Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Avropaya daşınmasının iqtisadi üstünlükləri digər alternativ marşrutlarla müqayisədə daha cəlbedicidir.

Belə ki, “Taxıl ekspresi qatarı” layihəsi taxıl məhsullarının Azərbaycandan keçməklə Türkiyə və Gürcüstan limanları vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutur.

Konfransda iştirak edən “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov təklif edilən marşrut üzrə qurumun geniş potensialları haqqında konfrans iştirakçılarına geniş məlumat verib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir