Azərbaycanda Teatr Forumu keçiriləcək

Azərbaycanda Teatr Forumu keçiriləcək

Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində aprelin 10-11-də “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr forumu keçiriləcək.

Bu barədə “İNFONEWS“a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, forum Heydər Əliyev Mərkəzində baş tutacaq.

Forumda iştirak üçün nazirliyin rəsmi internet resursu olan “culture.gov.az” saytında yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür. Onlayn qeydiyyat aprelin 3-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir