“Sevilya”nın ulduzundan “Fənərbağça”nın gənc oyunçusuna jest

“Sevilya”nın ulduzundan “Fənərbağça”nın gənc oyunçusuna jest

İNFONEWS” xəbər verir ki, bu barədə Türkiyə və Avropa mediasındada bildirilib.

Avropa Liqasının 1/8 final mərhələsində keçirilən “Fənərbağça” – “Sevilya” oyunundan sonra Türkiyə klubunun futbolçusu Arda Güler rəqib oyunçu İvan Rakitiçlə formasını dəyişmək istəyib.

Gənc yarımmüdafiəçi xorvatiyalı ulduzu gözləsə də, onu görməyib. Daha sonra Rakitiç məsələdən xəbər tutub. O, “Fənərbağça”nın paltardəyişmə otağına gedərək formasını Ardaya verib.

Sözügedən matç İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin ilk oyunda 2 cavabsız qolla qalib gələn əndəlüslülər 1/4 finala yüksəliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir