Polşa Kalininqradla sərhəddə ilk HIMARS raket artilleriya sistemlərini yerləşdirəcək

Polşa Kalininqradla sərhəddə ilk HIMARS raket artilleriya sistemlərini yerləşdirəcək

Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhədin yaxınlığında ilk Amerika HIMARS raket artilleriya sistemlərini yerləşdirəcək.

İNFONEWS” xəbər verir ki, “Bu il 16-cı mexanikləşdirilmiş diviziya (Kalininqrad vilayəti ilə sərhəd yaxınlığında yerləşdirilib) Amerikanın HIMARS-larını alacaq. Bu, 2019-cu ildə sifariş verilmiş diviziondur. Bildiyiniz kimi, ABŞ Konqresi bizim daha 500 HIMARS buraxılış qurğusu üçün sifarişimizi təsdiqlədi”, – deyə baş nazirin müavini, respublikanın milli müdafiə naziri Mariuş Blaşak bildirib.

O xatırladıb ki, ABŞ Ukraynaya oxşar HIMARS reaktiv sistemləri tədarük edib. “Polşa ordusunun cəbhədə özünü təsdiq etmiş, ukraynalıların əlində çox uğurlu silah olduğunu sübut etmiş silahlarla təchiz edilməsi çox vacibdir”, – deyə polşalı nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir