PSJ-nin hücumçusu Lionel Messi ilə komandanın baş məşqçisi Kristof Qaltye arasında münaqişə baş verib.
“İNFONEWS” xarici mətbuata istinadən xəbər verir ki, argentinalı futbolçu mütəxəssisin ona verdiyi məşqlərdən imtina edib.
Buna görə Messi məşqini yarımçıq saxlamalı olub.
Qeyd edək ki, 35 yaşlı oyunçunun PSJ ilə bağladığı 2 illik müqaviləsi bu ilin iyununda bitir.