Azərbaycan sitrus meyvələrinin ixracını 11 dəfəyədək artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xarici ölkələrə 750,8 ton həcmində sitrus meyvələri ixrac olunub.
“İNFONEWS” Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,8 dəfə çoxdur.
İxrac olunan sitrus meyvələrinin dəyəri 582,8 min ABŞ dolları təşkil edib. Bu, illik müqayisədə 6,3 dəfə çoxdur.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 651,4 milyon ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 36,6 % çoxdur. Təkcə fevralda Azərbaycan 366,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 50 % çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 171 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2022-ci ilin eyni dövrünə nisbətən 9,7 % azdır.
Xarici ticarət dövriyyəsinin 4 milyard 520 milyon ABŞ dolları ixracın, 2 milyard 651 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 24,3 % azalıb, idxal isə 34,4 % artıb.