“Məmmədoğlu Group” MMC-dən ictimai qınağa məsuliyyətli yanaşma
Bir müddət əvvəl “Məmmədoğlu Group” MMC vətəndaşları necə aldadır..?” başlıqlı yazı dərc etmişdik. Yazıda “Məmmədoğlu Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) kimi tanınan tikinti şirkətinin rəhbəri İlkin Abbasov tərəfindən vətəndaşın aldadıldığını əks etdirən ictimai qınaq nümayiş etdirilmişdi.
Yazı ilə bağlı adıçəkilən MMC rəhbəri İlkin Abbasov məsələyə öz mövqelərini bildirdi. Təbii ki, “İNFONEWS” olaraq, məsələni diqqətdə saxlamaya bilməzdik. Məqalə yayımlandıqdan sonrada “ictimai nəzarətçilərimiz” müxtəlif vaxtlarda şikayətçilərlə əlaqə saxlamış, məsələnin nə yerdə olduğunu öyrənmişlər. Çox təqdirəlayiq və qürurverici haldır ki, “Məmmədoğlu Group” MMC rəhbərliyi tərəfindən yazıya reaksiya verilmiş və problem həll edilmişdir.
“İNFONEWS” komandası olaraq mövzuya ciddi yanaşdıqlarına görə, başda “Məmmədoğlu Group” MMC-nin direktoru İlkin Abbasov olmaqla əziyyəti keçən şəxslərə ictimaiyyət adından təşəkkürümüzü bildiririk.
Əlaqədar yazı: https://infonews.az/?p=31460
Qurumun mövqeyi: https://infonews.az/?p=33064